Azad olunan ərazilərdə hidrometeoroloji təhlükəsizlik üçün yeni sistem qurulacaq

Azad olunan ərazilərdə hidrometeoroloji təhlükəsizlik üçün yeni sistem qurulacaq "Azad edilən ərazilərdəki hidrometeoroloji məntəqələrdə son 30 ildə müşahidələr aparılmayıb və infrastruktur tamamilə sıradan çıxarılıb. Tezliklə bu müşahidələrin müasir avtomat müşahidə sistemlərinin tətbiqi ilə bərpası planlaşdırılır".
Ekologiya
269
3 Dekabr , 2021 15:32
Azad olunan ərazilərdə hidrometeoroloji təhlükəsizlik üçün yeni sistem qurulacaq

"Azad edilən ərazilərdəki hidrometeoroloji məntəqələrdə son 30 ildə müşahidələr aparılmayıb və infrastruktur tamamilə sıradan çıxarılıb. Tezliklə bu müşahidələrin müasir avtomat müşahidə sistemlərinin tətbiqi ilə bərpası planlaşdırılır".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, artıq 11 avtomat hidroloji stansiyanın qurulması işlərinə başlanılıb.

Onun sözlərinə görə, hidrometeoroloji təhlükəsizliyi təmin etmək məqsədi ilə radar müşahidə sistemlərinin qurulması da təmin olunacaq: "Həmçinin kompleks meteoroloji müşahidələrin bərpası üçün xüsusi cihaz və avadanlıqlarla təchiz olunan mobil stansiya məntəqələri qurulacaq".

M.Babayev əlavə edib ki, həmin ərazilərdə radioloji və radioekoloji şəraitin öyrənilməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə monitorinqlər aparılır.

Son xəbərlər

Orphus sistemi