Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında gündüz mülayim cənub-şərq küləyi əsəcək
Ekologiya
10 Oktyabr , 2014 15:15
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Sabah - oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə çiskinli, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. “Report”un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında isə gecə və səhər bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi