Yuxarı

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti oktyabrın 31-nə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi