Yuxarı
    Bağlamaq

    Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Sabah – oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilib.

    Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə və axşam 70-80 faiz təşkil edəcək.

    Oktyabrın 22-də Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi