Yuxarı

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bəzi rayonlarda yağış yağacağı ehtimal olunur

Bakı. 20 oktyabr. REPORT.AZ/ Sabah - oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə “Report”a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Oktyabrın 21-də Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.         

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi