Ayı şəhərin mərkəzində yatdı - FOTO - VİDEO - YENİLƏNİB

Ayı şəhərin mərkəzində yatdı - FOTO - VİDEO - YENİLƏNİB “Ən son məlumata görə ayı yuxuya gedib. Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılayıb təmkinli olsunlar”.
Ekologiya
31 May , 2020 11:10
Ayı şəhərin mərkəzində yatdı - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

“Ən son məlumata görə ayı yuxuya gedib. Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılayıb təmkinli olsunlar”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O xatırladıb ki, vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir:

“Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”.


*** 09:50

"Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub". 

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin.

"Hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar", - nazirliyin sözçüsü qeyd edib.

Son xəbərlər

Orphus sistemi