Şəkidə tutulan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq?

Şəkidə tutulan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq? Qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb.
Ekologiya
1 İyun , 2020 18:24
Şəkidə tutulan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq?

"Qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, hazırda ayı volyerdə müşahidə altındadır: "Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlıq edirik".

Son xəbərlər

Orphus sistemi