Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-i axşam saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu 16-19 dərəcə isti təşkil edəcək.