Avstraliya sahillərində 30-a yaxın delfin və balina cəsədi tapılıb

Avstraliya sahillərində 30-a yaxın delfin və balina cəsədi tapılıb Bakı. 28 noyabr. REPORT.AZ/ Avstraliyanın Viktoriya ştatının Melbrun şəhərindən təqribən 500 km aralıda, Kroacinqolonq Milli Parkı sahilində 27 qara delfin və bir donqar balina cəsədi aşkar edilib.
Ekologiya
28 Noyabr , 2018 07:45
Avstraliya sahillərində 30-a yaxın delfin və balina cəsədi tapılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Avstraliyanın Viktoriya ştatının Melbrun şəhərindən təqribən 500 km aralıda, Kroacinqolonq Milli Parkı sahilində 27 qara delfin və bir donqar balina cəsədi aşkar edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bu səbəbdən hökumət ərazidə köpək balıqlarının fəallaşa bilmə ehtimalını nəzərə alaraq əhaliyə ətraf çimərliklərə getməməyi tövsiyə edib.

Viktoriya ştatının Ətraf Mühit, Torpaq, Su və Parklar İdarəsi heyvanların öldüyü ərazini təftiş edir, əraziyə vəhşi təbiət üzrə ekspertlər və baytarlar cəlb olunub.

Hökumət nümayəndəsi Maykl Terner bildirib ki, delfin cəsədlərinin sahildən götürülməsi planlaşdırılmır. Onun sözlərinə görə, daha məntiqli variant təbii prosesdir, onları qabarma zamanı dalğa aparacaq.

Bundan əvvəl Korsikada dalğa 50 tonluq kaşalot cəsədini sahilə atıb.

Son xəbərlər

Orphus sistemi