Avstraliya Böyük Sədd rifinin qorunmasına 700 milyon dollar xərcləyəcək

Avstraliya Böyük Sədd rifinin qorunmasına 700 milyon dollar xərcləyəcək Avstraliya Böyük Sədd rifini xilas etmək üçün əlavə 1 milyard Avstraliya dolları (təxminən 700 milyon ABŞ dolları) ayıracaq
Ekologiya
773
29 Yanvar , 2022 05:55
Avstraliya Böyük Sədd rifinin qorunmasına 700 milyon dollar xərcləyəcək

Avstraliya Böyük Sədd rifini xilas etmək üçün əlavə 1 milyard Avstraliya dolları (təxminən 700 milyon ABŞ dolları) ayıracaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avstraliya hökuməti elan edib.

Yeni plan 2050-ci ilə qədər investisiyaların 3 milyard Avstraliya dollarına (2,1 milyard ABŞ dolları) artırılmasını nəzərdə tutur.

Ölkənin Baş naziri Skott Morrisonun sözlərinə görə, vəsait suyun keyfiyyətinin yaxşılaşdırılması, eroziya və okeanın çirklənməsinin qarşısını almaq üçün istifadə olunacaq.

Böyük Sədd rifi Kvinslend sahili boyunca 2 300 kilometrə qədər uzanıb. Okeanlarda suyun istiləşməsinin mərcanların ölümünə səbəb ola biləcəyi hesab olunur.

Son xəbərlər

Orphus sistemi