Yuxarı
    Bağlamaq

    Növbəti 5 gündə bəzi yerlərdə 42 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

    Avqustun birinci ongünlüyündə isti hava şəraiti davam edəcək

    Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

    Departamendən "Report"a bildirilib ki, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.

    Məlumata görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39 dərəcə isti olacağı gözlənilir.

    Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi