ÜMT: Atmosferə buraxılan karbon qazının miqdarı rekord səviyyədə artıb

ÜMT: Atmosferə buraxılan karbon qazının miqdarı rekord səviyyədə artıb "Dünya gələcək nəsillər üçün daha təhlükəli və yaşanmaz hala gəlir"
Ekologiya
10 Noyabr , 2015 15:05
ÜMT: Atmosferə buraxılan karbon qazının miqdarı rekord səviyyədə artıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu il atmosferə buraxılan karbon qazının miqdarı rekord səviyyədə artıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, "istixana" qaz tullantılarının miqdarı 2013-cü ildə 0,000396 faiz, 2014-cü ildə 0,000 398 faiz səviyyəsində idisə, 2015-ci ildə bu rəqəm 0,000400-ü keçib.

Təşkilatın baş katibi Mişel Jarraud BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında iqlim dəyişikliyinə təsir göstərən karbon qazının atmosferdə davamlı şəkildə artdığını bildirib: "Görünməz təhlükə olan karbon qazı qlobal istiliyi artıraraq isti hava dalğalarına, sellərə, buzlaqların əriməsinə, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu da bizi dəhşətli formada qeyri-adi dünyaya sürükləyir. Bu səbəbdən də dünya gələcək nəsillər üçün daha təhlükəli və yaşanmaz hala gəlir".

O, eyni zamanda, qlobal istiləşmə ilə mübarizə çərçivəsində dekabr ayında Parisdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Sammiti ərəfəsində dünya ölkələrinin başçılarına mövcud problemə qarşı indidən çıxış yolu tapmağı məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi