Astarada ağacları qanunsuz kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib

Astarada ağacları qanunsuz kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində müxtəlif cinsli ağacların kəsildiyini aşkar edib.
Ekologiya
1 Aprel , 2019 09:52
Astarada ağacları qanunsuz kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib
0 : 00
0 : 00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində müxtəlif cinsli ağacların kəsildiyini aşkar edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. 

Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.   

Son xəbərlər

Orphus sistemi