​Araz çayında su azalıb - FOTO

​Araz çayında su azalıb - FOTO Bu özünü daha çox çayın İmişli ərazisindən keçən hissəsində büruzə verir
Ekologiya
18 May , 2016 01:42
​Araz çayında su azalıb - FOTO

Bakı. 18 may. REPORT. AZ / Son günlər Araz çayında suyun səviyyəsi durmadan aşağı düşür. “Report” xəbər verir ki, bu özünü daha çox İmişli rayonunun ərazisindən keçən hissəsində büruzə verir.

Belə ki, Arazın səviyyəsi bir neçə gündə 50-60 santimetr aşağı düşdüyündən çay quruyaraq adi bir kanalı xatırladır. Çayda quraşdırımış su nasosları isə sahildən 50-100 metr aralıda qalıb. Bu da nasosların tam gücü ilə işləməsinə imkan vermir.

Nasosları işlətməkdən ötrü texnika vasitəsi ilə Araz çayı nasosların yaxınlığına kimi qazılır, sonra su arxlara vurulur.

Tarlalarda işlərin qızğın çağı olduğundanindi əhalinin suya olan təlabatı daha da artıb. Kür boyu ərazilərdə əkin sahələrinin suvarılmasında elə bir çətinlik olmasa da, bu yalnız Arazətrafı ərazilərdə hiss olunur. Çay üzərində quraşdırılan 3 nasos vasitəsilə 600 hektar əkin sahəsi suvarılır.

Mütəxəssislərin fikrincə, Araz çayının səviyyəsi bundan sonra daha 20-30 santimetr aşağı düşərsə vəziyyət kritik həddə çata bilər.

Son xəbərlər

Orphus sistemi