Nazirlik qanunsuz ovla məşğul olanları 30 min manatdan çox cərimələyib

Nazirlik qanunsuz ovla məşğul olanları 30 min manatdan çox cərimələyib Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində mütəmadi olaraq reydlər davam etdirilir
Ekologiya
17 Fevral , 2015 17:38
Nazirlik qanunsuz ovla məşğul olanları 30 min manatdan çox cərimələyib

Bakı. 17 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb, onlardan 35 ov tüfəngi, 105 patron və qanunsuz ovlanan 2 quş götürülüb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 27 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 30 500 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 8 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.

Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində mütəmadi olaraq reydlər davam etdirilir.       

Son xəbərlər

Orphus sistemi