AMEA: Lökbatandakı vulkan püskürməsi 4 dəqiqə davam edib

AMEA: Lökbatandakı vulkan püskürməsi 4 dəqiqə davam edib Vulkandan öncə və sonra zəlzələ qeydə alınıb
Ekologiya
2 May , 2017 12:59
AMEA: Lökbatandakı vulkan püskürməsi 4 dəqiqə davam edib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Lökbatan ərazisində püskürən vulkanla bağlı məlumat yayıb.

Mərkəzin İnformasiya şöbəsindən “Report”a verilən məlumata görə, bu gün yerli vaxtla saat 07:55:51-də Lökbatan ərazisində vulkan püskürüb. 

Bildirilib ki, vulkanın dərinliyi 4 km, püskürmənin davam etmə müddəti 4 dəqiqə olub: “Vulkandan öncə və sonra zəlzələ qeydə alınıb”.

Son xəbərlər

Orphus sistemi