Alimlər havanın çirklənməsinə görə hər il 5,5 milyon adamın öldüyünü açıqlayıb

Alimlər havanın çirklənməsinə görə hər il 5,5 milyon adamın öldüyünü açıqlayıb Havanın keyfiyyətinə görə ölənlərin yarıdan çoxu Çin və Hindistanın payına düşür
Ekologiya
13 Fevral , 2016 11:25
Alimlər havanın çirklənməsinə görə hər il 5,5 milyon adamın öldüyünü açıqlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Hər il dünyada 5,5 milyon adam havanın çirklənməsinə görə vaxtından əvvəl ölür. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə elmin inkişafı üzrə Amerika Assosiasiyasının iclasında təqdim olunan hesabatda deyilir.

Elektrik stansiyaları, zavod və fabriklər, nəqliyyat vasitələrinin tullantıları, eləcə də kömürün yanması nəticəsində yaranan toksik mikrohissəciklərin çox olduğu havanı qəbul etmək ürək xəstəliyi və ağciyər xərçəngi riskini ciddi şəkildə artırır.

Alimlərin araşdırmasına görə, havanın çirkliliyi az qidalanma, piylənmə, narkotikdən istifadə kimi hallarla müqayisədə daha çox ölümə səbəb olur.

Havanın keyfiyyətinə görə ölənlərin yarıdan çoxu Çin və Hindistanın payına düşür.

Son xəbərlər

Orphus sistemi