Yuxarı

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı iməcilik keçiriləcək

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı iməcilik keçiriləcək

42

Bakı. 11 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar iməcilik keçirəcək.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iməcilik dekabrın 14-ü Türkan-Qala yolunun ətrafında ictimaiyyət və ekoloji qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2017-ci il tarixli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı"na əsasən, görkəmli alimin adına həsr olunmuş müsabiqə, ali və orta təhsil müəssisələrində isə “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçirilir. Keçirilən tədbirlər çərçivəsində ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində çalışan şəxslərin mükafatlandırılması nəzərdə tutulub.

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub və tanınmış elm xadiminin Azərbaycan təbiətinin və ətraf mühitin mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi