Ağstafada 4000 ağac əkilib

Ağstafada 4000 ağac əkilib Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib.
Ekologiya
6 Dekabr , 2019 15:35
Ağstafada 4000 ağac əkilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, aksiya Ağstafa rayonunun sakinləri arasında böyük maraqla qarşılanıb. 

Aksiyada rayonun idarə və müəsisələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Belə ki, rayonun cəbhəyanı ərazidə yerləşən Köhnə Qışlaq və Tatlı kəndlərini birləşdirən 2 kilometrlik yolun sağ və sol hissələrinə 4 min ağac əkilib.

Yerli sakinlər ağacəkmə aksiyasında fəallıq göstəriblər.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Son xəbərlər

Orphus sistemi