Ağgöl Milli Parkında ov etmək istəyən Qətər vətəndaşı saxlanılıb

Ağgöl Milli Parkında ov etmək istəyən Qətər vətəndaşı saxlanılıb Bakı. 14 mart. REPORT.AZ/ Qanunsuz ov etməyə cəhd edən Qətər vətəndaşı saxlanılıb.
Ekologiya
14 Mart , 2018 14:34
Ağgöl Milli Parkında ov etmək istəyən Qətər vətəndaşı saxlanılıb

Bakı. 14 mart. REPORT.AZ/ Qanunsuz ov etməyə cəhd edən Qətər vətəndaşı saxlanılıb.

Bu barədə "Report"a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 13-də saat 14:30 radələrində Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə hazırlanmış xüsusi cihazlar aşkar edilib.

Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi