Ağdaşda “Su və dayanaqlı inkişaf” mövzusunda seminar işə başlayıb

Ağdaşda “Su və dayanaqlı inkişaf” mövzusunda seminar işə başlayıb Layihə BMT İnkişaf Proqramı (BMTİP) və Qlobal Ekoloji Fondun (GEF) Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirilir
Ekologiya
13 Aprel , 2017 19:36
Ağdaşda “Su və dayanaqlı inkişaf” mövzusunda seminar işə başlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ BMT İnkişaf Proqramı (BMTİP) və Qlobal Ekoloji Fondun (GEF) Fövqəladə Hallar Nazirliyi ilə birgə layihə çərçivəsində Ağdaş şəhərində “Su və dayanaqlı inkişaf” mövzusunda seminar işə başlayıb.

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, seminarda yerli maraqlı tərəflər, layihənin benefisiarları, ekspertlər, icma rəhbərləri və layihə heyəti iştirak edib.

BMTİP-nın strateji əməkdaşliq üzrə müşaviri Məzahir Əfəndiyev tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərindən və bu məqsədlər sırasında əsas yerləri tutan iqlim dəyişikliyi və su problemləri haqqında çıxış edib. O, artan təhlükələrin qarşısını almaq, eyni zamanda, icmaların daşqınlara, su çatışmazlığına qarşı davamlılığını gücləndirmək üçün iqlim dəyişikliyinin təsirlərinə proaktiv uyğunlaşmanın zəruri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakiminiyyətinin başçısının birinci müavini Faiq Yusifzadə layihənin faydalılığından söz açaraq suların interasiyalı idarəedilməsinin və yerli əhalinin bu barədə maarifləndirilməsinin müvafiq dövlət qurumlarına kömək göstərdiyini qeyd edib.

Təlim iştirakçıları suların inteqrasiyalı idarəsi ilə yanaşı, sel və daşqınların idarəolunması, yaranmış fəsadların aradan qaldırılması haqqında məlumatlandırılıb. Sonra bu istiqamətdə ətraflı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi