Ağcabədidə icazəsiz ova cəhd edən şəxslər saxlanılıblar

Ağcabədidə icazəsiz ova cəhd edən şəxslər saxlanılıblar Bakı. 19 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.
Ekologiya
19 Noyabr , 2018 14:35
Ağcabədidə icazəsiz ova cəhd edən şəxslər saxlanılıblar

Bakı. 19 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ümumilikdə, 3000 manat məbləğində cərimə tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi