Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb

Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədi ilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.
Ekologiya
24 Sentyabr , 2018 09:33
Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədi ilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöldovşanı, sığırçın quşu götürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi