Bakıda kəsilən ağacların yerinə yeniləri əkilib

Bakıda kəsilən ağacların yerinə yeniləri əkilib Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.
Ekologiya
840
23 Sentyabr , 2021 12:20
Bakıda kəsilən ağacların yerinə yeniləri əkilib

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında kəsilən ağacların yerinə yeniləri əkilib.

“Report” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həmin ərazidə yeni ağaclar əkilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırması nəticəsində həmin ərazidə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib.

"OBA" marketlər şəbəkəsindən "Report"a bildirilib ki, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədovanın sözlərinə görə, marketdə kamera görüntüləri mövcuddur: "OBA" Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq görüntülər təqdim olunmayıb”.

F.Səmədova əlavə edib ki, "OBA" marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.

10:45

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Bu barədə "Report"a Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

O deyib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “İlkin araşdırma zamanı "Oba market"in qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.

Son xəbərlər

Orphus sistemi