Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib Nəsimi rayonu, Ceyhun Səlimov 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Ekologiya
548
22 Sentyabr , 2021 09:50
Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Nəsimi rayonu, Ceyhun Səlimov 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a araşdırma zamanı sözügedən ərazidə ağacların kəsildiyini və təqsirkarların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib.

B.Məhəmmədov onu da qeyd edib ki, ağacların kəsilməsi zamanı təbiətə 14 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Son xəbərlər

Orphus sistemi