Yuxarı

Ağacların kəsilməsi ilə bağlı ən çox şikayət edilən rayonların adları açıqlanıb - SİYAHI

Ağacların kəsilməsi ilə bağlı ən çox şikayət edilən rayonların adları açıqlanıb - SİYAHI
Dinlə

Bakı. 22 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ağacların kəsilməsi və qurudulması ilə bağlı ən çox müraciət daxil olan rayonların adları açıqlanıb. 

"Report"un məlumatına görə, mətbuat konfransında nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ən çox müraciət Bakı şəhərinin Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu, Yasamal rayonlarından daxil olur.

Ötən dövr ərzində qanunsuz ağac kəsilməsi ilə bağlı ən az şikayət daxil olan rayonlar Xəzər və Qaradağdır.

Onun sözlərinə görə, regionlardan isə Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı, Qubadan ağac kəsintisi halları ilə bağlı daha çox müraciətlər edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi