Nəsimidə yol təmir-tikinti idarəsi ağacı kəsərək üstünü asfaltlayıb

Nəsimidə yol təmir-tikinti idarəsi ağacı kəsərək üstünü asfaltlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, K.Səfərəliyev küçəsi, 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Ekologiya
12 Noyabr , 2019 17:59
Nəsimidə yol təmir-tikinti idarəsi ağacı kəsərək üstünü asfaltlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, K.Səfərəliyev küçəsi, 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

"Report"un məlumatına görə, bunu jurnalistlərə Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib: "Araşdırma zamanı ağacın yol təmir-tikinti idarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib. İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndəriləcək".

Son xəbərlər

Orphus sistemi