Ağac kəsdiyinə görə şirkət 50 000 manat cərimələndi

Ağac kəsdiyinə görə şirkət 50 000 manat cərimələndi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.
Ekologiya
2 mart 2020 15:21
Ağac kəsdiyinə görə şirkət 50 000 manat cərimələndi
google.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

"Report" xəbər verir ki, bunu Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

Onun sözlərinə görə, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunub.

“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi