Açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi aparılır

Açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi aparılır Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə torpaqlarında salınmış aqrobağların monitorinqi aparılır.
Ekologiya
18 Avqust , 2020 18:55
Açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi aparılır

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə torpaqlarında salınmış aqrobağların monitorinqi aparılır.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov cənub regionunun  Lənkəran, Cəlilabad, Astara rayonlarında meşə fondunun 185 hektar açıq sahəsində salınmış aqrobağlara baxış keçirib, görülmüş işlərlə tanış olub.

Nazir müavininin iştirakı ilə keçirilən monitorinqlərin nəticələri göstərib ki, aqrobağların salınmasında bütün aqrotexniki qaydalara və meşə torpaqlarından səmərəli istifadə tələblərinə əməl edilib.

Aqrobağların vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər digər bölgələrdə də davam etdirilir.

Son xəbərlər

Orphus sistemi