Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağac və kolların “Azəri-İNT” MMC tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 17080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilib.