Abşeronda qanunsuz gil daşınması faktı aşkarlanıb, materiallar prokurorluğa göndərilib

Abşeronda qanunsuz gil daşınması faktı aşkarlanıb, materiallar prokurorluğa göndərilib Bakı. 3 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 kubmetr həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.
Ekologiya
3 Dekabr , 2018 13:03
Abşeronda qanunsuz gil daşınması faktı aşkarlanıb, materiallar prokurorluğa göndərilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 kubmetr həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadə olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 12 221 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron Rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi