6 tut ağacını kəsən şəxs barədə prokurorluğa müraciət edildi

6 tut ağacını kəsən şəxs barədə prokurorluğa müraciət edildi Şəmkir rayonu, Qapanlı-Təzəkənd yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti Nazirliyin yerli qurumunun əməkdaşları yerində araşdırıb.
Ekologiya
29 Mart , 2020 15:34
6 tut ağacını kəsən şəxs barədə prokurorluğa müraciət edildi

Şəmkir rayonu, Qapanlı-Təzəkənd yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti Nazirliyin yerli qurumunun əməkdaşları yerində araşdırıb.

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 6 tut ağacının kəsildiyi və təbiətə 4 500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Şəmkir rayonu, Qapanlı kənd sakini Ramiz Musayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Şəmkir Rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi