5 saylı Bakı "ASAN xidmət" Mərkəzində “Yaşıl dağ” sosial aksiyası keçirilib

5 saylı Bakı "ASAN xidmət" Mərkəzində “Yaşıl dağ” sosial aksiyası keçirilib Aksiyada aktiv iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacları paylanılıb
Ekologiya
14 May , 2016 13:25
5 saylı Bakı ASAN xidmət Mərkəzində “Yaşıl dağ” sosial aksiyası keçirilib

Bakı. 14 may. REPORT.AZ/ IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində 5 saylı Bakı "ASAN xidmət" Mərkəzində növbəti “Yaşıl dağ” sosial aksiyası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər rəsmilər çıxış ediblər.

Bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Aksiyada aktiv iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacları paylanıb.

Qeyd edək ki, “Yaşıl dağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb və ictimaiyyətin geniş marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi