Yuxarı
    Bağlamaq

    2050-ci ilə qədər Qafqazın buzlaqları 40% əriyəcək

    Buzlaqların intensiv əriməsi regionun hidroenergetikası və ASK-ya mənfi təsir göstərəcək

    Bakı. 20 fevral. REPORT.AZ/  2050-ci ilə qədər Qafqaz buzlaqlarının təxminən 40% əriyəcək. "Report" "TASS"a istinadən xəbər verir ki, bu qənaətə Nalçikdə yerləşən Rusiya Yüksək Dağ Geofizika İnstitutunun əməkdaşları gəliblər. 

    İnstitut direktorunun elmi işlər üzrə müavini X. Kalovun sözlərinə görə, Qafqaz dağlarında buzlanma prosesinin deqradasiyası, yəni buzların əriməsi baş verir. 

    Bu nəticələrə alimlər çoxillik müşahidələrdən sonra gəliblər. "Biz Elbrus dağında və ətraf rayonlarda buzlaqların əriməsi prosesini tədqiq edirik. Son 100 il ərzində buzlaqlar sahəsinə görə 40%,  həcminə görə isə 56% azalıb. Buzlaqların ablyasiyası (əriməsi) akkumulyasiyadan (yığılmadan) daha tez baş verir. Bu qlobal istiləşmənin nəticəsidir", - alim bildirib. 

    İnstitutun direktor müavini hesab edir ki, buzlaqların intensiv əriməsi regionun hidroenergetikası və Aqrosənaye kompleksinə (ASK) mənfi təsir göstərəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi