​20 Yanvar faciəsinin 25-ci ildönümündə Bakıda hava yağmursuz olacaq

​20 Yanvar faciəsinin 25-ci ildönümündə Bakıda hava yağmursuz olacaq Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
Ekologiya
19 Yanvar , 2015 12:42
​20 Yanvar faciəsinin 25-ci ildönümündə Bakıda hava yağmursuz olacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin səhər saatlarında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacağı və cənub-qərb küləyinin əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 4-6 isti, gündüz 7-11 dərəcə isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcədə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi