Yuxarı
    Bağlamaq

    ​Zəlimxan Yaqubun “Dünya çiçək, insan oğlu arıdı” kitabı işıq üzü görüb

    Bu, xalq şairinin 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır

    Bakı. 11 may. REPORT.AZ/ Bu günlərdə xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb. "Report"un AYB.az saytına istinadən verdiyi məlumata görə, “Dünya çiçək, insan oğlu arıdı” adlanan kitabda şairin son iki ildə yazdığı və indiydək çap olunmuş şeirləri ilə yanaşı, “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” poemaları yer alıb.

    “Şərq-qərb” nəşriyyatında çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur.

    Xatırladaq ki, bu, Z. Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi bax” kitabları, eyni zamanda, Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların ixtiyarına verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi