Yuxarı
    Bağlamaq

    Zəlimxan Yaqub: "İndi babatam"

    Xalq şairi müalicə üçün yenidən Almaniyaya gedəcək

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Xalq şairi Zəlimxan Yaqub müalicəsini evdə davam etdirir.

    Bu barədə "Report"a şair özü məlumat verib. O, Mərkəzi Klinik Xəstəxanada 4 gün müalicə aldığını bildirib: "Halım yaxşı deyildi. Mərkəzi Klinik Xəstəxanada 4 gün müalicə aldım. İndi evdəyəm. Müalicələrim evdə davam edir. Özümü babat hiss edirəm. Qidalanıram, gəzirəm. Oktyabrın 5-də yenidən Almaniyaya gedəcəm".

    Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Xalq şairinin hər iki böyrəyi çıxarılıb.

    Şairin müalicəsinin xərclərini dövlət ödəyir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi