Yuxarı
    Bağlamaq

    “Yusif və Züleyxa” poeması fars dilində çap olunub

    Poemaya ön sözü filologiya üzrə elmlər doktoru Paşa Kərimov yazıb

    Bakı. 10 may. REPORT.AZ/ Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması İstanbulun Mərmərə Universitetində saxlanan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kitabı nəşrə İran alimi Firuz Rifahi Ələmdari hazırlayıb. 

    Kitaba Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 30 səhifəlik geniş ön söz yazıb. Alim yazısında XV əsr Azərbaycan ədəbiyyatı, Əhmədi Təbrizinin əsərlərinin səciyyəvi xüsusiyyətləri, anadilli poeziyamızda "Yusif və Züleyxa" mövzusu barədə ətraflı söhbət açıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi