Yunus Emre İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib

Yunus Emre İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib Qaliblərə Türkiyə şəhərlərinə 5 günlük səyahət paketi təqdim olunacaq
Ədəbiyyat
28 Sentyabr , 2016 13:40
Yunus Emre İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Yunus Emre İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib.

İnstitutdan "Report"a verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədilə həyata keçirilir.

Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb 10000-dən artıq olmayan, "Times New Roman" şrifti ilə yazılmış esselər qəbul olunacaq. 

Müsabiqənin nəticələri dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq.

İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraq Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.

Son xəbərlər

Orphus sistemi