Yazıçılar Birliyi şair və yazıçılara xəbərdarlıq edib

Yazıçılar Birliyi şair və yazıçılara xəbərdarlıq edib Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısında üzvlərin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib.
Ədəbiyyat
15 Oktyabr , 2021 13:06
Yazıçılar Birliyi şair və yazıçılara xəbərdarlıq edib
Anar Rzayev

Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısında üzvlərin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib.

Bu barədə "Report"a AYB-dən məlumat verilib.

Bildirilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var.

Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.

Son xəbərlər

Orphus sistemi