Yazıçı Saday Budaqlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

Yazıçı Saday Budaqlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub Bakı. 16 avqust. REPORT.AZ/ Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Ədəbiyyat
16 Avqust , 2018 15:59
Yazıçı Saday Budaqlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

Bakı. 16 avqust. REPORT.AZ/ Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlikdən "Report"a verilən xəbərə görə, layihə üzrə Türkiyədə görkəmli yazıçı, tərcüməçi, “Qızıl Kəlmə” mükafatı laureatı Saday Budaqlının sevilən hekayələrindən ibarət “Yolüstü söhbət” kitabı nəşr olunub.

Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevirilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab türkiyəli oxuculara təqdim edilib.

Qeyd edək ki, kitabda ədibin müxtəlif illərdə qələmə aldığı “Yağmursuz havalar”, “Yolüstü söhbət”, “Qırxıncı otaq”, “Yaxşı oğlan”, “Bir yay günü”, “Qoca”, “Şübhə” və s. hekayələri toplanıb.

Son xəbərlər

Orphus sistemi