Yuxarı

Azərbaycanın xalq şairinin yubileyi Moskvada qeyd ediləcək

AYB-nin sədri Anar yubiley tədbirində iştirak edəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, xalq şairi Fikrət Qocanın 80 illik yubileyi Rusiya paytaxtı Moskva şəhərində qeyd olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və AYB-nin Moskva bölməsinin təşkilatçılığı ilə keçiriləcək tədbir oktyabrın 29-da baş tutacaq.

Moskvanın Mərkəzi Yazıçılar Evində keçiriləcək yubiley tədbirində, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla yanaşı, Moskva Yazıçılar Birliyinin sədri, eləcə də Rusiyanın tanınmış qələm adamları iştirak edəcək.

Tədbirdə xalq artistləri Mələkxanım Əyyubova və Azər Zeynalov xalq şairinin sözlərinə yazılmış mahnıları ifa edəcək, əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr söyləyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi