Xalq şairi Fikrət Qocanın yeni kitabı çapa hazırlanır

Xalq şairi Fikrət Qocanın yeni kitabı çapa hazırlanır Şairin “Taleyin ağır taleyi” romanı isə bu günlərdə çapdan çıxacaq
Ədəbiyyat
21 May , 2015 17:49
Xalq şairi Fikrət Qocanın yeni kitabı çapa hazırlanır

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın sovet dövründə nəşr edilmiş, habelə onun son illər yazdığı əsərlərindən ibarət səkkizcildliyi çapa hazırlanır.

"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin saytı yayıb.

Səkkizcildliyin 6 cildi artıq hazırdır. Çap ediləcək kitabda şairin roman və povestləri yer alıb. Fikrət Qocanın “Taleyin ağır taleyi” adlı romanı isə bu günlərdə çapdan çıxacaq.

Kitabda gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən, 1990-cı il hadisələrinin, zorla sürükləndiyimiz müharibənin ağrıları əks olunub.

Xalq şairinin “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” əsərləri də səkkizcildliyə daxil ediləcək.

Son xəbərlər

Orphus sistemi