Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” kitabı çapdan çıxıb

Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” kitabı çapdan çıxıb Kitaba mərhum şairin bu günədək çap edilməyən pritçaları daxil edilib
Ədəbiyyat
28 May , 2016 11:01
Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” kitabı çapdan çıxıb

Bakı. 28 may. REPORT.AZ/ Mərhum xalq şairi Vaqif Səmədoğlunun bu günədək çap edilməyən pritçaları- “Gürzəçöl yazıları” kitabı işıq üzü görüb.

Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

“Gürzəçöl yazıları” "ATV Kitab" seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində çap olunub. Bu, silsilənin 7-ci nəşridir. Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Nəşrin redaktoru Toğrul Musayev, bədii-texniki tərtibat İsmayıl Süleymanlıya aiddir.

 "ATV Kitab" seriyasının rəhbəri Səlim Babullaoğlu deyib ki, V.Səmədoğlu XX əsrin ikinci yarısında Azərbaycan poeziyasında özünəməxsus yeri olan böyük şairdir: "Biz onu bir çox yaradıcı amplualarda görmüşük. Şair kimi, dramaturq kimi, esseist kimi... Amma pritça – bir başqa janrdır, xüsusi təfəkkür tərzi istəyir. “Gürzəçöl yazıları” kitabı ilə bizim oxucular Vaqif Səmədoğlunu bir başqa cür kəşf edəcəklər”.

“Gürzəçöl yazıları” kitabının tərtibçisi, şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilova qeyd edib ki, görkəmli şairin doğum günü ərəfəsində kitabın nəşr olunması olduqca sevindirici, xoş bir hadisədir: “Bu çox əlamətdar, yerinə düşmüş nəşrdir. Mən inanıram ki, Vaqif Səmədoğlunun ruhu sevinəcək".

Son xəbərlər

Orphus sistemi