Yuxarı

Vaqif Səmədoğlu vəfat edib

Şair bir neçə dəqiqə əvvəl dünyasını dəyişib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu dünyasını dəyişib. Bu barədə "Report"a şairin qızı Nigar Vəkilova məlumat verib. Şair bir neçə dəqiqə əvvəl vəfat edib.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

"Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Vaqif Səmədoğlu "Yoldan teleqramlar", "Günü baxtı", "Mən burdayam, ilahi", "Uzaq, yaşıl ada" kitablarının, "Bəxt üzüyü", "Uca dağ başında", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam" "Mamoy kişinin yuxuları", dram əsərlərinin müəllifidir.

"Generalın son əmri" adlı dram əsəri Akademik Milli Dram Teatrında səhnəyə qoyulan son səhnə əsəridir.

Şair 2000-2005-ci iləərdə Milli Məclisin deputatı olub.

Qeyd edək ki, Vaqif Səmədoğlu uzun zamandır ağır xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi