Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb

Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb Mərasimdən sonra şair Birinci Fəxri Xiyabanda dəfn ediləcək
Ədəbiyyat
29 Yanvar , 2015 12:41
Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu dəqiqələrdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yanvarın 28-də dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb.

"Report" xəbər verir ki, mərasimdən sonra şair Birinci Fəxri Xiyabanda dəfn ediləcək.

Xalq şairi ilə vidalaşmağa qohumları, bir çox tanınmış yazıçılar, şairlər, aktyorlar, həmçinin gənc yazarlar qatılıb. Bundan başqa, bir çox ictimaiyyət təmsilçiləri də vida üçün toplaşıblar.

Azərbaycanın xalq şairi Söhrab Tahir Vaqif Səmədoğlu barədə danışaraq bildirib ki, "Çox ağır bir itkidir, sıralarımızdan böyük bir şair getdi. O tez getdi, hələ 20 il də yaşaya bilərdi. Vaqif böyük Səməd Vurğunun oğlu olsa da, onun öz yolu, öz cığırı oldu".

Qeyd edək ki, Vaqif Səmədoğlu uzun sürən xəstəlikdən sonra dünən 76 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi