Yuxarı

Türkiyə Kültür Sanat Platformu "Hizmet Şeref" mükafatlarını sahiblərinə təqdim edib

Azərbaycan Yazıçılar Birliyində İki dövlət, bir millət layihəsi gerçəkləşib

Bakı. 21 avqust. REPORT.AZ/ Türkiyə Kültür Sanat Platformu kurucusu və başkanı, öyrətmən Sultan Özateşin təqdimatında Azərbaycan Yazıçılar Birliyində "İki dövlət, bir millət" layihəsi gerçəkləşib.

"Report" xəbər verir ki, tədbir AYB-nin "Natəvan" klubunda keçirilib.

Yeddi ölkədə davam edən beynəlxlaq layihənin ilki Azərbaycanda təşkil edilib.

"İki dövlət, bir millət" layihəsinin gerçəkləşdirildiyi tədbirdə AYB İdarə Heyətinin üzvləri, şair, yazar, sənətçi, mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə 50 iştirakçıya "2015 Hizmet Şeref" mükafatı, 25 iştirakçıya "2015 Girişimci Lider Başarı" kuboku, 40 iştirakçıya "Onur" medalı, 30 iştirakçıya xüsusi hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkilləri çəkilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi