Türkiyə dərgisinin xüsusi buraxılışı Azərbaycan ədəbiyyatına həsr edilib

Türkiyə dərgisinin xüsusi buraxılışı Azərbaycan ədəbiyyatına həsr edilib Türkiyədə nəşr olunan “Türk ədəbiyatı” adlı aylıq fikir və sənət dərgisinin 545 saylı özəl buraxılışı Azərbaycan ədəbiyyatına həsr edilib.
Ədəbiyyat
11 İyun , 2019 13:33
Türkiyə dərgisinin xüsusi buraxılışı Azərbaycan ədəbiyyatına həsr edilib

Türkiyədə nəşr olunan “Türk ədəbiyatı” adlı aylıq fikir və sənət dərgisinin 545 saylı özəl buraxılışı Azərbaycan ədəbiyyatına həsr edilib.

“Report” xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

Dərgi Əjdər Olun, Məmməd Dəmirçioğlunun, Vaqif Bəhmənlinin, Afaq Şıxlının, Canan Seyidzadənin, Aqşin Evrenin, Ədalət Əskeroğlunun, Azad Yaşarın, Günel Şamilqızının, Aqşin Yeniseyin, Elxan Zal Qaraxanlının, Ramiz Qusarçaylının, Fərid Heseynin, Cəlil Baloğlanın, Hamlet İsaxanlının, Dilqəm Əhmədin, Sabir Sarvanın şeirləri ilə açılır.

Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: zəngin ədəbi ənənə və çagdaşlıq” adlı məqaləsində Azərbaycan ədəbiyyatının Dədə Qorquddan başlanan zəngin tarixi və çağdaş durumuna nəzər salınır. Yaqut Misirxanlının xalq şairi Musa Yaqub, Yusif Gədiklinin Şəhriyar, Rahid Uluselin Xalq şairi Bəxtiyar Vahabzadə, Özcan Ünlünün Xalq şairi Sabir Rüstəmxanlı, İmdat Avşarın xalq yazıçısı Anar, Lalə Bayramovanın Məmməd Aslan haqqında geniş yazıları bu müəlliflərin yaradıcılıq portretlərini bir daha türk oxucularına təqdim edir.

Dərginin başqa bir poeziya çələngində Məmməd İsmayılın, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Rəşad Məcidin, Murad Köhnəqalanın, Qulu Ağsəsin, Hüşəng Cəfərinin, Namiq Hacıheydərlinin, Səlim Babullaoğlunun, İbrahım İlyaslının, Nuranə Nurun, Leyla Əsədullayevanın şeirləri toplanıb.

Günel Anarqızının, Sevil İrəvanlının, Əli Akbaşın, Rahid Uluselin, Qiyasəddin Dağın, Fəxri Uğurlunun, Ruslan Dost Əlinin, Aysel Əlizadənin, Eyvaz Zeynallının, Təranə Vahidin çeşidli janrlarda yazıları ədəbiyyatın çağdaş mənzərəsini əks etdirir. 

Son xəbərlər

Orphus sistemi