Türk dünyasının "İlin Ədəbiyyat Adamı-2014" laureatları Bakıda mükafatlandırılacaq

Türk dünyasının "İlin Ədəbiyyat Adamı-2014" laureatları Bakıda mükafatlandırılacaq III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Ədəbiyyat
4 Dekabr , 2014 12:21
Türk dünyasının İlin Ədəbiyyat Adamı-2014 laureatları Bakıda mükafatlandırılacaq
Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti yayıb. Dekabrın 8-də keçiriləcək mərasimdə mədəniyyət xadimləri və dövlət strukturlarının nümayəndələri iştirak edəcək. Tədbirdə, Qədim Musiqi Alətləri Ansamblının ifasında konsert proqramı tamaşaçıların diqqətinə təqdim olunacaq. Qeyd edək ki, müsabiqədə Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosova, Makedoniya, Rumıniya), Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Xakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Respublikası daxil olmaqla 25-ə yaxın ölkədən yazarlar iştirak ediblər.
Birinci yer üçün 1000 TL (Türkiyə lirəsi), ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub.

Tədbir çərçivəsində, həmçinin türk dünyasında "İlin Ədəbiyyat Adamı - 2014" mükafatı da təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi