Yuxarı
    Bağlamaq

    Tiflisdə yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının təqdimatı keçiriləcək

    Mayın 28-də Beynəlxalq Kitab Festivalı başlayır

    Bakı. 27 may. REPORT.AZ/ Mayın 28-də Tiflisdə azərbaycanlı yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının təqdimatı, müəlliflə görüş və imza mərasimi keçiriləcək. "Report" xəbər verir ki, müəlliflə görüş və imza mərasimi Didube Sərgi Mərkəzində Beynəlxalq Kitab Festivalı çərçivəsində baş tutacaq.

    Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə "İntellekt" (Gürcüstan) nəşriyyatında gürcü dilində nəşr olunan "Şəhər meri" kitabında tanınmış gürcü ədibləri - Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelizdzenin rəyləri yer alıb. Romanı gürcü dilinə İmir Məmmədli tərcümə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi